TƏHLÜKƏSİZLİK HƏLLƏRİ

 

“Kaspersky Lab”dan müasir təhlükəsizlik həlləri 

AZCLOUD bulud provayderi məlumat təhlükəsizliyi sistemlərinin hazırlanması sahəsində dünya liderlərindən olan "Kaspersky Lab"ın korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin təhlükəsizliyinin qorunması üzrə həllərini əlverişli şərtlərlə təklif edir:

  • Təhlükəsizlik protokolları qurğunun növü və platformasından asılı olmayaraq, avtomatik şəkildə bütün istifadəçilərə tətbiq edilir.
  • İş stansiyaları, fayl serverləri və mobil cihazlar kimi müxtəlif qurğuların təhlükəsizliyi vahid konsoldan rahat idarəetmə ilə təmin edilir.
  • Həllin idarə olunması mümkün qədər sadələşdirilmişdir və sizin xüsusi texniki bacarıqlara ehtiyacınız olmayacaqdır.
  • Öncədən quraşdırılmış protokollar tətbiq edildikdən dərhal sonra Kasperky həlləri təşkilatınızı qorumağa kömək edəcəkdir.
  • 2017-ci ildə "Kaspersky Lab"ın məhsulları 86 müstəqil testə qatılmışdır və onlardan 72 dəfə birinci yer tutmuş, 78 dəfə isə ardıcıl olaraq ilk üçlüyə daxil olmuşdur.