Bulud yaddaşı: iş proseslərinin asanlaşdırılması üçün yeni üsul

03.08.2021
Bulud yaddaşı: iş proseslərinin asanlaşdırılması üçün yeni üsul

Müasir dünyada, hər hansı bir işlə məşğul olarkən, insanlar məlumatların etibarlı və səmərəli şəkildə saxlanılmasına, eləcə də uğurlu və rahat iş prosesləri ilə nəticələnən yüksək performansa diqqət yetirməlidirlər. Bunun üçün əsasən, 2 məşhur üsul var - bulud yaddaşı və lokal məkanda saxlama ("on-premises"), lakin oxşarlıqları və kiçik fərqləri bu 2 alternativdən hansının daha yaxşı olması barədə şirkətlərdə çaşqınlıq yaradır. Bu səbəbdən bu çətin vəziyyətdən çıxmağınıza və doğru seçim etməyinizə kömək etmək üçün aşağıdakı qısa məlumatları oxumağı və bu 2 seçim arasındakı bəzi əsas fərqləri anlamağı məsləhət görürük.

Bir sözlə, “lokal məkanda saxlama”, istifadə edəcəyiniz proqramın lisenziyasını satın alaraq məlumatları öz serverlərinizdə saxlamağa imkan verir, "bulud saxlama" isə məlumatları kənar bir mühitdə saxlamağa və hər hansı bir şəbəkə bağlantısı üzərindən girişi asanlaşdırmağa imkan yaradır. İlk baxışdan “lokal saxlama” yalnız bir faktor üçün - iş yerinizdə saxladığınız məlumatlara nəzarət etmək baxımından daha maraqlı görünə bilər. Buna baxmayaraq, bulud yaddaşının güclü təhlükəsizlik, qənaətcilik, davamlılıq və s. kimi üstünlüklərlə zəngin olması onu "lokal saxlamadan" bir neçə addım önə çıxarır. Gəlin bulud yaddaşına və onu "lokal saxlama" ilə müqayisədə daha yaxşı seçim halına gətirən bəzi əsas amillərə daha yaxından nəzər salaq.

 

Nə üçün bulud yaddaşı?

Bulud yaddaşı, hər hansı məlumatı müəyyən şəbəkə bağlantısı ilə asanlıqla əldə edilə bilən məkandan kənarda saxlamağın yeni üsuludur. Bulud yaddaşı vasitəsilə saxlanılan məlumatlar, istədiyiniz zaman və istədiyiniz yerdə asanlıqla əldə etməyə imkan verən üçüncü tərəf bulud təminatçısı tərəfindən qorunur. Beləliklə, bulud yaddaşı imkanlarından istifadə edərək istədiyiniz zaman və hər yerdə məlumatlarınızı əldə edə, redaktə edə, bərpa edə və hətta başqaları ilə paylaşa bilərsiniz. Bundan əlavə, bulud yaddaşındakı məlumatlar vahid, yüksək etibarlı yaddaşda qorunduğundan və bütün məlumatlar şifrələndiyindən kiber cinayətkarların işini daha da çətinləşdirir. Belə ki, hətta bulud yaddaşının bu xüsusiyyəti belə, istifadəçilərin öz məlumatlarını təhlükəsiz yerdə saxlamaları və məlumatlarını itirmək gərginliyindən və qorxusundan yayınmaları üçün kifayətdir. Eyni zamanda, yalnız istifadə etdiyiniz qədərində pul ödədiyiniz üçün bulud yaddaşının yerli saxlama ilə müqayisədə qənaətcil olduğunu qeyd etmək lazımdır.

Bundan əlavə, bulud yaddaşı sistemlərinin quruluşundan asılı olaraq üç fərqli növü var. Bunlara xüsusi istifadə qaydaları və üstünlükləri olan fayl, "object” və blok yaddaşı daxildir.

  1. Fayl yaddaşı: Bu cür yaddaş, xüsusən də kompüter istifadəçiləri arasında ən çox yayılmışdır və idarə olunan həcmdə strukturlaşdırılmış məlumatların verilənlər bazasında saxlanılması üçün ən yaxşı seçimdir.
  2. "Object" yaddaşı: Bu növ yaddaş vebsayt, mobil tətbiq, İoT cıhazları və s. kimi strukturlaşdırılmamış məlumatların və tez-tez dəyişdirilə bilməyən böyük həcmli məlumatların arxiv edilməsi üçün ideal üsuldur.
  3. Blok yaddaşı: Bu növ yaddaş, digər 2 növdən daha yüksək performans və səmərəli yaddaş təklif edən məlumat bazaları və virtual maşınlar üçün ən uyğun yaddaş növüdür.

Bloqumuzun davamında güvənilən bulud provayderdən blok yaddaşının xüsusiyyətləri, üstünlükləri və s. haqqında məlumat əldə edə bilərsiniz!

İdeal blok yaddaşı axtararkən, ən güclü təhlükəsizlik, sonra davamlılıq, yüksək performans və s. kimi bəzi əsas amillər nəzərə alınmalıdır. Bu xüsusiyyətlər olmadan və hətta onlardan bəzilərinin olmaması, bulud yaddaşını yararsız hala gətirir. Bu o deməkdir ki, blok yaddaşından istifadə etməyə qərar verərkən, sizdə rahatlıq və güvən yaradacaq qədər güclü xüsusiyyətlərə malik olan uğurlu təminatçı tapmaqda çox diqqətli olmalısınız. Yaxşı ki, yuxarıda göstərilən tələblərə tam uyğun gələn yerli bulud provayderi var - AZCLOUD

 AZCLOUD Storage nədir? 

ASB (AZCLOUD Storage Block), məlumatların etibarlı mühitdə saxlanılmasını və onların asan şəkildə əldə edilməsini təmin edərək iş proseslərini rahatlaşdıran və sürətləndirən yüksək performanslı blok yaddaşıdır. Ehtiyaclarınıza üstünlük verərək, 2 növ həcm ilə birlikdə (SSD və HDD) 3 növ blok yaddaşı xidməti təqdim edirik - ASB Standard, ASB Ultra və ASB Turbo. 

  • ASB Standard - iş yüklərinə daha az rast gəlinən sistemlər üçün uyğun olan ən münasib qiyməti və yüksək performansı təmin edən HDD növlü blok yaddaşıdır
  • ASB Ultra - tez-tez daxil olan iş yükləri üçün hazırlanmış uyğun qiyməti və  performansı təmin edən HDD növlü blok yaddaşıdır.
  • ASB Turbo - bir çox vacib iş tətbiqetmələrinin super sürətli və uyğun perfromansını təmin etmək üçün hazırlanmış SSD növlü blok yaddaşıdır.

Çoxsaylı məhsul növlərinin mövcudluğu, ehtiyaclarınıza ən uyğun gələn blok yaddaşını seçməyi asanlaşdırır.

ASB-ni seçməyin əsas səbəblərindən biri də məhz təklif etdiyi bir çox üstünlükləridir. Buna görə də gəlin, həmin güclü və mühüm üstünlüklərə nəzər salaq!

  1. Performans - AZCLOUD, digər xidmət təminatçıları ilə müqayisədə bütün ASB növləri arasında ən yüksək IOPS-GiB nisbətindən birini təmin edir
  2. Təhlükəsizlik - bu üstünlük əsas rol oynayır, çünki blok yaddaşı mühitində, istifadəçiləri başqalarını deyil, məhz blok yaddaşı təminatçısını seçməyə həvəsləndirmək və istifadəçilərində bir növ etibar yaratmaq qabiliyyətinə malik olan ən vacib amildir. Əlçatanlıq Zonalarının təhlükəsizliyini təmin edən ən son avadanlıq və texnologiyalar, o cümlədən istifadəçilər üçün ikili şifrələmə və bir sıra əlavə imkanlar sayəsində AZCLOUD əminliklə iddia edir ki, məlumatlarınızı ASB xidmətində saxlaya bilərsiniz.
  3. Elastiklik - məlumatları saxlayarkən yaddaş tutumunu bu xüsusiyyət ilə asanlıqla artıra biləcəksiniz.
  4. Dayanıqlılıq - ASB, yaddaş növləri üçün yüksək davamlılığı təmin edir. Üstəlik, ASB, virtual maşının həyatından asılı olmayaraq fəaliyyətini davam edir.
  5. Miqyaslandırma - AZCLOUD virtual maşınına 10-a qədər əlavə həcm (volume) əlavə etmək imkanını yaradır

Bütün üstünlüklərdən, xüsusiyyətlərdən və blok yaddaşı məlumatlarından sonra çox mühüm bir nüans qaldı. Düzünü desək, bu nüansı sona saxlasaq da, hər satış prosesinin əvvəlində "Bu mənə neçəyə başa gələcək?" sualı ağlımızdan keçir. Bəli, təxmin etdiyiniz kimi, son nüans ASB qiymətləri ilə bağlıdır. Ümumiyyətlə, qiymətlərdə ən çox diqqət çəkən faktor ASB-nin istifadəyə görə ödəniş modelidir. Bu o deməkdir ki, yalnız istifadə etdiyinizə görə sizdən pul çıxılacaq. ASB məhsulun fəqrli kateqoriyaları üzrə qiymtətlər ilə linkdən tanış ola bilərsiniz: https://azcloud.az/az/services/storage/asb#prices 

Digər təminatçılar vs AZCLOUD 

Bulud yaddaşı bazarında, istifadəçilərin diqqətini cəlb etmək üçün müxtəlif təklifləri olan bir çox təminatçı mövcuddur. Ən məşhur olanlar EBS (AWS), Managed Disks (Microsoft Azure) və Persistent Disk (Google). Bu təminatçıların məşhur olmasının əsas səbəbi, bu yeniliyə (blok yaddaşı) ən çox ehtiyac duyulduğu zaman bazara ilk daxil olanlardan olmasıdır. İndi, məlumat saxlayarkən niyə digər təminatçılarla müqayisədə daha çox ASB (AZCLOUD) yaddaşına üstünlük verdiyinizi göstərmək üçün bəzi məqamları vurğulamaq istərdik.

Digər provayderlər "ucuz" təklifləri ilə istifadəçilərin gözlərini bağlasalar da, əslində "aşağı qiymətlərdən" başqa, istifadəçilərdən “read”, “write” və “transactions” kimi funksiyalara görə gizli xərclər tuturlar. Digər tərəfdən, sizin rahatlığınıza önəm verərək, AZCLOUD, istifadə etdiyiniz resurslardan başqa əlavə xərclərə görə heç vaxt məsuliyyət daşımayacağınızı vurğulayır. Bu o deməkdir ki, gözlənilməz gizli xərclərdən qorxmadan, istifadə etdiyiniz qədərində ödəniş edərək, asanlıqla məlumatları saxlaya bilərsiniz.

Digər əsas məqamlara keçərkən ASB, məhsullarının yüksək keyfiyyətinə və faydalarına güvənərək yüksək performans, davamlı, elastik və xüsusilə etibarlı blok yaddaşı ilə istədiyiniz yüksək performansa nail olacağınızdan əmindir. Buna görə də, yüksək keyfiyyətli məhsullarımıza olan bu cür güvənin, istifadəçilərin həm qəlbində, həm də beynində güvən yaradacaq qədər güclü olduğuna əminik.

ASB və digər bulud məhsullarını AZCLOUD Portalda qeydiyyatdan keçərək bir ay ərzində 200 AZN dəyərində pulsuz test etmək fürsətini qaçırmayın: https://console.azcloud.az/ 

 Yeniliklər barədə daimi məlumatlı qalmaq üçün bizi izləməyi davam edin! 


Sualınız var? Sizə kömək etməkdən məmnunuq!

Müraciət et

AZCLOUD Portal ilə İT infrastrukturun yaradadılması artıq çox asandır! AZCLOUD Compute, AZCLOUD Storage və AZCLOUD Network kimi məhsulların və MarketPlace kimi funksiyanın köməkliyi ilə çox qısa vaxt ərzində və müstəqil şəkildə virtual serverlər yarada və İT sistemlərinizi idarə edə bilərsiniz. 

Qürur duyulacaq rəqəmsal gələcəyi birlikdə quraq !