AZCLOUD Portalı qarşılayın

09.06.2021
AZCLOUD Portalı qarşılayın

Beynəlxalq standatlara cavab verən yüksək etibarlılıq dərəcəsi ilə təmin olunan əlçatanlıq zonasına malik AZCLOUD yeni özünəxidmət platforması – AZCLOUD Portalını təqdim etdi.

Artıq AZCLOUD tərəfindən təqdim edilən AZCLOUD Portalı vasitəsilə müştərilər rahatlıqla və müstəqil şəkildə öz İT infrastrukturunu yarada biləcəklər. 

 “AZCLOUD” bulud həlləri istifadəçinin öz İT infrastrukturunu buludda elastik və çevik şəkildə yerləşdirməsinə imkan verir.  Bu həllər sayəsində rəqəmsal tapşırıqları klassik biznes modeli ilə müqayisədə daha asan və rahat yollarla həll etmək mümkündür. Sözügedən model startap, kiçik və orta biznes, sistem administratorları, developerlər və ümumiyyətlə virtual sistemdə bu xidmətlərdən yararlanmaq istəyən hər  kəsə, sərfəli qiymət və keyfiyyət uyğunluğu qorunmaqla, İT infrastrukturunu təhlükəsiz mühitdə daha tez yerləşdirməyə, miqyaslandırmağa və idarəetməyə şərait yaradır. 

Bulud xidmətlərinin müştərilərin istifadəsinə verilməsi AZCLOUD Portalı vasitəsilə təmin ediləcək. Azərbaycan və ingilis dillərində təqdim edilən özünəxidmət platforması - AZCLOUD Portalı hər bir individual şəxsin asanlıqla qeydiyyatdan keçərək öz şəxsi hesabına daxil olmaqla, hesablama (Compute), yaddaş (Storage) və şəbəkə (Network)  xidmətlərindən istifadə etməsinə şərait yaradır. İstifadəçilər portalda rahat şəkildə IT infrastrukturun tam idarəedilməsi imkanından yararlanmaları üçün elektron müqavilə, elektron invoys, resurslara tam nəzarət, elastiklik və miqyaslandırma kimi bir sıra üstünlüklərlə təmin edilir. Portal daxilində təqdim edilən marketpleysdən ödənişli və ödənişsiz proqram tətbiqlərini əldə etmək mümkündür. Portalın əsas üstünlüklərindən biri də, “İstifadə etdiyin qədər ödə” modeli əsasında işləməsidir ki, bu da öz növbəsində istifadəçilərə hər bir xidməti istifadə edəcəkləri saat hesabı üzrə ödəniş etmək imkanı yaradacaq. 

Qeyd edək ki, AZCLOUD Portalı vasitəsilə 10 AZN dən başyalan qiymətlərlə virtual server əldə etmək mümkündür. AZCLOUD Portalında qeydiyyatdan keçərkən istifadəçi tərəfindən əlavə edilən debit və ya kredit kartından aylıq istifadə edilən xidmətlər üzrə ödənişlər tutulacaq.  Həmçinin, AZCLOUD Portalında qeydiyyatdan keçən hər kəs ilk ay ərzində 200 AZN dəyərində xidmətlərlə ödənişsiz olaraq təmin ediləcək. 

AZCLOUD Portalı istifadəçilərə ilkin olaraq beta versiyada təqdim olunur. AZLOUD Portalının imkanlarını kəşf etməyə sizi də dəvət edirik: https://console.azcloud.az  


Sualınız var? Sizə kömək etməkdən məmnunuq!

Müraciət et

AZCLOUD Portal ilə İT infrastrukturun yaradılması artıq çox asandır! AZCLOUD Compute, AZCLOUD Storage və AZCLOUD Network kimi məhsulların və MarketPlace kimi funksiyanın köməkliyi ilə çox qısa vaxt ərzində və müstəqil şəkildə virtual serverlər yarada və İT sistemlərinizi idarə edə bilərsiniz. 

Qürur duyulacaq rəqəmsal gələcəyi birlikdə quraq!