AZCLOUD Compute: ACS məhsulun icmalı

27.07.2021
AZCLOUD Compute: ACS məhsulun icmalı

Təxminən iyirmi ildir ki, mövcud olan bulud texnologiyaları biznesin ən yüksək hədəflərinə çatmaq və rəqabət qabiliyyətini qazanmaq kimi imkanlar yaradır. Böyük şirkətlər uzun illərdir ki, bulud platformalarının üstünlüklərindən istifadə edir, lakin artıq kiçik müəssisələr də bulud həllərinin tətbiqi ilə iş modellərini yeni bir səviyyəyə çıxarırlar.

Bu bloq AZCLOUD-un təklif etdiyi hesablama xidmətlərini bulud texnologiyaları sahəsindəki inkişaf tendensiyalarına diqqət yetirərək nəzərdən keçirir. AZCLOUD Compute, müştəri tələblərinə əsasən dəyişkən, çevik və elastik Virtual Maşınlar (VM) təqdim edən hesablama xidmətidir. ACS Entry, ACS Accelerated, ACS Ultimate müştəri tələblərinə əsasən xüsusi təkliflər verən AZCLOUD Compute məhsulun növləridir. İstifadəçiyə, yerinə yetirməli olduğu tapşırıqdan asılı olaraq ən yüksək performansı və ən aşağı qiyməti təmin edən üç növdən ibarət seçim təklif olunur. Aşağıda AZCLOUD Compute-un hər üç ailəsi və onların xüsusiyyətlərini görə bilərsiniz.

  1. ACS Entry-Level, hesablama, yaddaş və şəbəkə mənbələrini balanslaşdırmaq üçün ən yaxşı seçimdir. ACS Entry kateqoriyası mikroservislər, veb serverlər, bloqlar, müzakirə forumları, kiçik məlumat bazaları kimi müxtəlif iş yükləri üçün münasib seçimdir.
  2. ACS Accelerated ən çox üstünlük verilən seçimdir. ACS Accelerated, hər vCPU üçün intensiv CPU tətbiqləri və balanslaşdırılmış yaddaş üçün nəzərdə tutulmuşdur. ACS Accelerated, daha çox yüksək performanslı veb serverlər, yüksək performanslı hesablama, orta səviyyəli verilənlər bazası və digər intensiv hesablama tətbiqləri üçün uyğundur.
  3. ACS Ultimate yüksək performanslı hesablama, oyun serverləri, maşın öyrənmə vasitələri və digər yüksək performans tələb edən proqramlar üçün uyğundur.

Bulud hesablama xidmətlərini araşdırırsınızsa, AZCLOUD Compute sizin üçün ən düzgün seçimdir. AZCLOUD Compute-un üstünlükləri Azərbaycanda bulud xidmət təminatçıları arasında bazar lideri olmaq fikrini dəstəkləyir. İstifadə etdiyin qədər ödəniş, tam nəzarət, yüksək performans, elastiklik, miqyaslanabilirlik və səmərəlilik kimi keyfiyyətləri özündə cəmləşdirən AZCLOUD Compute xidmətlərinin fayda və üstünlüklərini sizinlə bölüşmək istəyirik.

  1. İstifadə etdiyin qədər ödə- büdcəni yükləmədən və dəyişikliklərə reaksiya vaxtınızı artırmadan, dəyişən iş tələblərinə asanlıqla uyğunlaşmağınıza imkan verir.
  2. Tam nəzarət - Bulud əsaslı sistemdə bütün sənədlər bir yerdə və vahid formatda saxlanılır və vahid cihazdan istifadə edərək təşkilatdakı bütün sistemlərə giriş əldə edilir.
  3. Yüksək performans - AZCLOUD güclü komponentlərdən istifadə edərək məlumatları yüksək sürətlə işləyə və mürəkkəb tapşırıqları yerinə yetirə bilər.
  4. Elastiklik - bütün İT hostinq və infrastrukturu dəstəkləmək üçün AZCLOUD-a etibar edin və işinizə birbaşa təsir edən sahələrə daha çox vaxt ayırın.
  5. Miqyaslanabilirlik - İlkin investisiyalar və ya resursların təmin olunma dövrləri olmadan, dəyişən tələbləri ödəmək üçün yaddaş ehtiyatınızı artırıb azaldın.
  6. Səmərəli - Bulud hesablamaya keçmək üçün lazım olan məbləğdən narahat olmağa dəyməz. Bulud hesablama, birbaşa əmək xərclərinə qənaət edərək artan əmək məhsuldarlığı ilə müəssisələr üçün son dərəcə səmərəli ola bilər.

AZCLOUD-un ACS ilə digər hesablama təminatçıları arasındakı fərqləri başa düşmək üçün AWS EC2 və AZURE VM-lərinin xüsusiyyətlərini müqayisə etməliyik.

Aşağıdakı cədvəldə Linux-da işləyən veb server kimi istifadə olunan minimum, ümumi məqsədli virtual maşının tələbinə görə (istifadə etdiyin qədər ödə) aylıq xərci müqayisə olunur:

 Təminatçı            VM növü    vCPU     RAM         Storage         Ümumi aylıq xərc (ƏDV xaric)
    AWS          t2.mikro      1     1 GB       20 GB                 22.27₼
    Azure          B1S-seriyaları      1     1 GB       20 GB                 17.17₼
AZCLOUD          C.1.1      1     1 GB       20 GB                  10₼

Cədvələ baxsaq, VM-lər üçün xərclər fərqinin AZCLOUD-un eyni göstərilən xidmət üçün ən aşağı qiyməti təklif etdiyini görə bilərik. AZCLOUD müştərilərinə altı fərqli əməliyyat sistemindən birini seçmək imkanı verir, digər təminatçılar isə yalnız üç əməliyyat sistemini təklif edirlər. Digər təminatçılar tərəfindən təklif olunan əməliyyat sistemlərinə əlavə olaraq AZCLOUD Fedora, FreeBSD, Debian, Ubuntu və Centos kimi əməliyyat sistemlərini təklif edir. AZCLOUD istifadə edilməyən və müəyyən müddətə dayandırılmış Virtual Maşınlar üçün əlavə pul tələb etmir.

Qeyd etmək lazımdır ki, AZCLOUD portalında qeydiyyatdan keçərkən istifadəçi tərəfindən əlavə edilmiş debet və ya kredit kartı ilə edilən xidmətlər üçün ödənişlər aylıq olaraq çıxılacaq.  AZCLOUD portalının yeni istifadəçiləri ilk ay ərzində 200 AZN dəyərində pulsuz xidmətdən yararlana bilərlər. 

AZCLOUD portalının beta versiyası artıq istifadəçilər üçün əlçatandır. Sizi AZCLOUD portalının xüsusiyyətlərini kəşf etməyə dəvət edirik: https://console.azcloud.az 

Növbəti bloqumuzda AZCLOUD virtual maşınlarına (ACS) bağlanması üçün hazırlanmış AZCLOUD Storage Block (ASB) xidməti barədə ətraflı məlumat bölüşəcəyik.


Sualınız var? Sizə kömək etməkdən məmnunuq!

Müraciət et

AZCLOUD Portal ilə İT infrastrukturun yaradılması artıq çox asandır! AZCLOUD Compute, AZCLOUD Storage və AZCLOUD Network kimi məhsulların və MarketPlace kimi funksiyanın köməkliyi ilə çox qısa vaxt ərzində və müstəqil şəkildə virtual serverlər yarada və İT sistemlərinizi idarə edə bilərsiniz. 

Qürur duyulacaq rəqəmsal gələcəyi birlikdə quraq!