Haqqımızda

"AZCLOUD" Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzini yaratmış bulud provayderidir. 2016-cı ilin dekabr ayında “AzInTelecom” MMC tərəfindən istismara verilib. “AzInTelecom” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərir. Sahəsi 700 m2-dən çox olan və tələblərinizə tam cavab verəcək sayda server dayaqlarına malik data mərkəzində verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçiririk.

Azcloud values

Dəyərlərimiz

Icon users
İnsana dəyər-Peşəkar komanda
Icon users
Etibarlılıq
Icon users
İnnovativlik
Icon users
Çeviklik
Icon users
Doğruluq
Icon users
Məxfiliyin qorunması

Missiya və Baxışımız

24/7 Support

24/7

dəstək

Since 2016

2016-ci

ildən

Reliability level

Yüksək etibarlılıq 

Missiyamız – rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən bulud xidmətləri təqdim etmək

 

Baxışımız – Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmaq. 

 

Qürur duyulacaq rəqəmsal gələcəyi birlikdə quraq!

Əlçatanlıq Zonası

AZCLOUD-un əhatə etdiyi bölgələr üzrə seçilmiş unikal fiziki məkanlar Əlçatanlıq Zonaları olaraq bilinir. Hər bir AZCLOUD Əlçatanlıq Zonası məxsusi elektrik gücü, şəbəkə və soyutma sistemləri ilə təchiz olunan məlumat mərkəzindən ibarətdir. AZCLOUD bölgəsində birdən çox əlçatanlıq zonalarının olması xidmətlərin yüksək təhlükəsizlik və etibarlılığını təmin edir. Hər bir əlçatanlıq zonası üzrə AZCLOUD VM-lər üçün 99.98% etibarlılıq təminatı verilir.

Əlçatanlıq Zonası 1 barədə

Almaniyanın beynəlxalq səviyyəli şirkəti tərəfindən inşa edilmiş və “Uptime Institute”un test sınaqlarından uğurla keçərək “TIER III Design” beynəlxalq sertifikatına, IT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə ISO 20000, biznesin davamlılığı idarəetməsi üzrə ISO 22301 və informasiya təhlükəsizliyi üzrə isə ISO 27001 standartlarına layiq görülüb. TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir.

Əlçatanlıq Zonası 2 barədə

ABŞ-ın “Uptime Institute” təşkilatının “TIER III Design”, 25 yanvar 2021-ci il tarixində isə “TIER III Facility” sertifikatına layiq görülüb. Sözügedən əlçatanlıq zonasının tikilmə məqsədi müştəri məlumatlarının qorunması, etibarlı və keyfiyyətli bulud xidmətlərinin rezervli şəkildə təmin olunmasıdır. Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən əlçatanlıq zonasının bütün kritik infrastruktur sistem və avadanlıqları “1+1” prinsipi ilə inşa edilib. İnfrastrukturu alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemlərindən ibarətdir.

Sertifikat və Mükafatlar

TIER III STANDARTI

ABŞ-ın Uptime Institute-u tərəfindən işlənib-hazırlanmış Tier III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir.

ISO/IEC 20000 STANDARTI

ISO/IEC 20000 şirkətlərə İT idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirməyə və ən effektiv metodları tətbiq etməyə imkan verən standartdır.

ISO/IEC 27001 STANDARTI

ISO/IEC 27001 şirkətin informasiya təhlükəsizliyinin idarəetmə sisteminin işlənib-hazırlanması üçün nəzərdə tutulan standartdır. Əsas Məqsədi  şirkətin informasiya sisteminin idarəetmə üçün daha da şəffaflaşdırılması, biznes proseslərinin təhlükəsizliyi ilə bağlı əsas təhdidlərin aşkar edilməsi, təhlükəsizlik və idarəetmə sistemində təhdid və çatışmazlıqlardan qorunmaq üçün tövsiyələrin işlənib-hazırlanmasından ibarətdir.   

ISO 22301:2012 STANDARTI

Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə sertifikata (ISO 22301:2012) sertifikat “AzInTelecom” və onun data mərkəzi əsasında xidmət göstərən “Azcloud” bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir. Belə ki, bu növ sertifikat, işində xətalardan müdafiənin, eləcə də onların yaranma ehtimalının azaldılması və bərpası üçün şəraitin təmin edilməsinə dair tələblərə cavab verən şirkətlərə təqdim olunur.

Sualınız var? Sizə kömək etməkdən məmnunuq!

Müraciət et

AZCLOUD Portal ilə İT infrastrukturun yaradılması artıq çox asandır! AZCLOUD Compute, AZCLOUD Storage və AZCLOUD Network kimi məhsulların və MarketPlace kimi funksiyanın köməkliyi ilə çox qısa vaxt ərzində və müstəqil şəkildə virtual serverlər yarada və İT sistemlərinizi idarə edə bilərsiniz. 

Qürur duyulacaq rəqəmsal gələcəyi birlikdə quraq!