AZCLOUD olaraq daim dünyada baş verən trendləri izləyir və bulud xidmətlərinin ölkəmizdə inkişafı üçün onları tətbiq etməyə çalışırıq. Dünya trendlərinin ön sıralarında olan elektron ticarətin önəmini nəzərə alaraq, AZCLOUD bulud xidmətinin əlavə müraciətlər, çox sayda sənədləşmə və nağd pul köçürmələri olmadan əldə edilməsi üstünlüyünü təqdim edirik. AZCLOUD Portal ilə siz rahat və müstəqil şəkildə öz İT infrastrukturunuzu yarada və tam idarə edə biləcəksiniz.
ETİBARLI
AZCLOUD təqdim etdiyi məhsulların yüksək əlçatanlıq dərəcəsi ilə təmin edilməsi zəmanətini verir. İl ərzində infrastrukturunuzda boş dayanma hallarının azaldılması və minimuma endirilməsi biznesinizin inkişafı üçün önəmli amillərdəndir.
AZCLOUD olaraq göstərdiyimiz xidmətlərin təhlükəsizliyi bizim üçün ən prioritet məsələlərdəndir. AZCLOUD əlçatanlıq zonaları 7/24 saat mühafizə olunur. Daxilində göstərilən bulud xidmətlərinin kiber təhlükəsizliyi son texnoloji avadanlıq və peşəkar texniki heyət ilə təmin edilir.
Bulud xidmətlərindən istifadə biznesinizdə IT infrastruktur üzrə kapital xərcləri 0%-ə endirməklə yanaşı, həm də istismar xərclərinizi 30-40%-dək azaldır. Bulud xidmətlərini AZCLOUD Portalından əldə etdikdə isə bu xərcləri daha da azaltmış olursunuz. AZCLOUD ödəniş sistemində də daha bir yeniliyə imza atıb. İndi siz Portal vasitəsilə “istifadə etdiyin qədər ödə” modeli ilə saathesabı ödənişlər edirsiniz.
AZCLOUD Portal ilə İT infrastrukturun yaradılması artıq çox asandır! AZCLOUD Compute, AZCLOUD Storage və AZCLOUD Network kimi məhsulların və MarketPlace kimi funksiyanın köməkliyi ilə çox qısa vaxt ərzində və müstəqil şəkildə virtual serverlər yarada və İT sistemlərinizi idarə edə bilərsiniz.
Qürur duyulacaq rəqəmsal gələcəyi birlikdə quraq!
Bülletenimizə abunə olub əlavə 100 AZN dəyərində bulud xidmətləri üçün vauçer qazan